torpaq sahəsinin (tarlanın) aqrokimyəvi pasportu

Torpaqların aqrokimyəvi və fitosanitar göstəriciləri haqqında məlumatları, onların zəhərli maddələrlə və radionuklidlərlə çirklənməsi vəziyyətini əks etdirən sənəd

torpaq sahəsi
torpaq sahəsinin dövriyyəsi
OBASTAN VİKİ
Aqrokimyəvi maddələr
Torpaqların münbitliyinin artırılması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilən üzvi, mineral və bakterial gübrələr, kimyəvi meliorantlar, bitkilərin boy artımının tənzimləyiciləri və digər maddələr.
Elektrik sahəsinin intensivliyi
Elektrik sahəsi — elektromaqnit sahәsinin xüsusi halı; elektrik yükünün hәrәkәt sürәtindәn asılı olmayan qüvvәnin (sahә tәrәfindәn) yükә tәsirini müәyyәn edir. Elektrik sahəsi haqqında anlayış 19-cu әsrin 30-cu illәrindә M. Faradey tәrәfindәn daxil edilmişdir. Faradeyә görә, sükunәtdә olan hәr bir yük onu әhatә edәn fәzada elektrik sahəsi yaradır. Bir yükün sahәsi digәr yükә tәsir edir vә әksinә; yüklәrin qarşılıqlı tәsiri (yaxınatәsir konsepsiyası) belә hәyata keçirilir. Elektrik sahəsinin әsas kәmiyyәt xarakteristikası – elektrik sahәsinin intensivliyidir ( E {\displaystyle \mathbf {E} } ); fәzanın verilәn nöqtәsindә elektrik sahәsinin intensivliyi bu nöqtәdә yerlәşәn yükә ( q {\displaystyle q} ) tәsir edәn F {\displaystyle \mathbf {F} } qüvvәsinin hәmin yükә olan nisbәtinә bәrabәrdir: E = F q {\displaystyle \mathbf {E} ={\mathbf {F} \over q}} Mühitdә elektrik sahәsi intensivliklә yanaşı, elektrik induksiyası vektoru ( D {\displaystyle \mathbf {D} } ) ilә dә xarakterizә olunur. Fәzada elektrik sahəsinin paylanmasını elektrik sahəsi intensivliyinin qüvvә xәtlәrinin kömәyi ilә tәsvir etmәk olar. Elektrik yüklәrinin doğurduğu qüvvә xәtlәri müsbәt yüklәrdә başlayır vә mәnfi yüklәrdә qurtarır (vә ya sonsuzluğa gedir). Dәyişәn maqnit sahәsinin yaratdığı burulğanlı qüvvә xәtlәri qapalıdır. == Tarixi == == Həmçinin bax == Videman-Frans qanunu == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Torpaq
Torpaq — yer qabığının bitki bitən üst münbit qatı. Torpağa ilk elmi tərif V. V. Dokuçayev tərəfindən verilmişdir: "Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş "açıq" və ya xarici qatına torpaq deyilir". O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar "yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri" nəticəsində yaranmışdır. V. V. Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral ("biokos") dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir. Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V. R. Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu "Yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir". Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q. Ş. Məmmədov, 2007). Torpağın ən üst qatının rəngi daha tünddür. Torpağın üst qatında bitkilərin köklərinə, çürümüş bitki qalıqlarına, eləcə də yağış qurdlarına, həşərat və başqa heyvan qalıqlarına təsadüf edilir.
ABŞ pasportu
Amerika Birləşmiş Ştatları pasportu — ABŞ vətəndaşlarına verilən səyahət pasportudur. Bunlar yalnız ABŞ Dövlət Departamenti tərəfindən verilir. Pasportlardan əlavə (kitabça şəklində) məhdud istifadə pasport kartları eyni tələblərə tabe olaraq eyni dövlət orqanı tərəfindən verilir. ABŞ pasportu olmadan ABŞ-yə daxil olmaq vəya ölkəni tərk etmək qanunsuzdur. Buna baxmayaraq bəzi istisnalar mövcüddür. Bunlara ABŞ-yə qayıdarkən müəyyən səbəblərə görə pasportu olmayanlara misal göstərmək olar. ABŞ pasport kitabçaları Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyə olunan standartlarına (yəni ölçüsü, tərkibi, sıralanması, texnologiyası) uyğundur. Beş növ pasport kitabçası var; Dövlət Departamenti 2007-ci ilin avqust ayından bəri standart olaraq yalnız biometrik pasportlar verməyə başlamışdır. Amerika Birləşmiş Ştatları pasportları Birləşmiş Ştatların mülküdür və tələb olunduqda ABŞ hökumətinə qaytarılmalıdır. Qanuna əsasən, vaxtı keçmiş ABŞ pasportu (və ya pasport kartı) ABŞ vətəndaşlığını sübut edir.
Azərbaycan pasportu
Azərbaycan pasportu — Azərbaycan Respublikasının vətəndaşlarına xaricə səfərlər üçün verilən sənəd. İstifadə müddəti 10 ildir. Viza və xüsusi qeydlər üçün 34 səhifəsi vardır. Azərbaycan və ingilis dillərindədir.
Dnestryanı pasportu
Dnestryanı pasportu — Dnestryanı vətəndaşlarına xaricə səyahət etmək və ölkə daxilində şəxsiyyət məlumatlarını təqdim etmək üçün verilən pasportdur. İlk pasport 1 oktyabr 2001-ci ildə verilib. Pasportlara yapışdırılan fotoşəkillər həmişə ağ-qara olur. Dnestryanı dünyanın heç bir ölkəsi (Abxaziya, Cənubi Osetiya və Qondarma Dağlıq Qarabağ Respublikası istisna olmaqla) tərəfindən tanınmadığı üçün pasportdan dünyanın heç bir ölkəsinə səfər edən zaman istifadə edilmir. İkili vətəndaşlığa icazə verildiyi üçün Dnestryanıların əksəriyyəti xaricə səyahət üçün Moldova, Ukrayna və ya Rusiya pasportları alır. == Tarixi == İlk pasport 2001-ci il oktyabrın 1-də verilib. 1990-cı illərin ortalarından 2001-ci ilin oktyabrına qədər vətəndaşlara başqa dövlətin pasportundan əlavə, vətəndaşın Dnestryanı ilə əlaqəsini göstərən kağız da verilirdi.
Dünya pasportu
Dünya pasportu – 1954-cü ildə Qarri Devis tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı olan Dünya Xidmət İdarəsi tərəfindən satılan səyahət sənədi. == Görünüş və qiymət == Dünya pasportu əsl milli pasporta və ya digər orijinal səyahət sənədinə bənzəyir. 1979-cu ildə Dünya pasportu 42 səhifədən ibarət bir sənəd idi. Qara göy örtüyü var idi. Mətnləri ingilis, fransız, ispan, rus, ərəb, çin və esperanto dilində idi. Tibbi tarixçə üçün beş səhifəlik bölmə və təşkilatın mənsubluğunun siyahısı üçün altı səhifəlik bir bölmə var idi. Həmin vaxt ödəniş haqqı 32 ABŞ dolları idi və daha iki il müddətinə yenilənə bilər üç illik Dünya pasportu almaq üçündə məbləğ ödənirdi. 2017-ci ildən etibarən istifadə edilən versiya 2007-ci ilin yanvarında hazırlanıb. Bu versiyada, plastik filmlə örtülmüş təhlükəsizlik üçün basqın bir "ruh" fotosu var. Onun məlumat səhifəsi bir maşın oxunaqlı pasport şəklindədir və bir oxucuya oxumaq üçün imkan verən zonada ədədi kod çubuğuna malikdir.
İsrail pasportu
İsrail pasportu ( ivr. ‏דַּרְכּוֹן יִשְׂרְאֵלִי‏‎ , Darkon Yisre'eli ; ərəb. جواز سفر إسرائيلي‎ ) İsrail vətəndaşlarına İsrail xaricinə səyahət etmələrini təmin etmək üçün verilənsəyahət sənədidir və şəxsə İsrailin xaricdəki konsulluq məmurlarının müdafiəsini təmin etmək hüququ verir. İsrail vətəndaşları 160 ölkəyə və ya əraziyə vizasız və ya gəlişində vizanı almaqla səyahət edə bilər. İsrail vətəndaşlarının başqa ölkələrin pasportlarına sahib olmasına icazə verilir, lakin 2002 -ci il qaydalarına görə İsrailə gələrkən və gedərkən İsrail pasportundan istifadə etmək tələb olunur. İsrail pasportları tünd göy rəngdədir, ön qapağın ortasında İsrail emblemi מדינת ישראל "və İSRAİL DÖVLƏTİ sırasıyla İvrit və İngilis dillərindədir. Sözləri " דרכון "və" PASPORT "emblemin altına yazılmışdır. Daxili səhifələr zeytun budaqlarından ibarət İsrail emblemi və yeddi budaqlı menora ilə bəzədilmişdir. Adi pasport 32 səhifədən, iş pasportu isə 64 səhifədən ibarətdir. İsrail pasportları 18 yaşdan yuxarı şəxslər üçün 10 ilə qədər etibarlıdır.
Kipr pasportu
Kipr pasportu — Kipr Respublikası vətəndaşlarının Kipr adasından kənara çıxması üçün verilən sənəddir. Kipr vətəndaşları Avropa Birliyi ölkələri arasında səyahət edərkən şəxsiyyət vəsiqəsi yerinə istifadə edilə bilər və Avropa İttifaqının və Avropa İqtisadi Zonasının istənilən ölkəsində sərbəst hərəkət və yaşamaq hüququnu təmin edir. Pasportların verilməsi və yenilənməsinə Vətəndaşlıq Qeydiyyatı və İmmiqrasiya Nazirliyi cavabdehdir. == Dil == 1974-cü ildə Kipr Əməliyyatı ilə əlaqədar davam edən bölünməyə baxmayaraq, Kiprin bütün pasportlarında Kipr Respublikasının rəsmi dilləri olan Yunan və Türk dillərinə əlavə olaraq ingilis mətnləri də var (Kipr Konstitusiyasının 3-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq).). Kiprdə siyasi mübahisə davam etsə də, bütün Kipr pasportlarında ingilis, türk və yunan mətnlərindən istifadə olunur. Eyni zamanda türk və yunan dilləri Kipr Respublikasının rəsmi dilləridir. Kiprin şimal hissəsində yaşayan türklərin Kipr vətəndaşlığı hüququ yoxdur. 2005-ci ildən Kipr türklərinə də kiprli olduqlarını bəyan etdikləri təqdirdə vətəndaşlıq və pasport verilir. Şimali Kiprdə yaşayan türk əsilli türk mühacirlərin Kipr vətəndaşlığı hüququ yoxdur. Yeni biometrik Kipr pasportlarına 13 dekabr 2010-cu ildən bəri bütün Avropa İttifaqı pasportları ilə birlikdə verilən Avropa İttifaqının bütün rəsmi dilləri daxildir.
Abxaziya pasportu
Abxaziya pasportu — Abxaziya Respublikası vətəndaşlarına xaricə səyahət etmək və ölkə daxilində şəxsiyyət məlumatlarını təqdim etmək üçün verilən pasport. Abxaziya yalnız Rusiya, Nikaraqua, Venesuela və Nauru tərəfindən tanındığından, abxazlar başqa ölkələrə getmək üçün Rusiya pasportlarından istifadə edirlər. Abxaziya pasportu tünd yaşıl rəngdədir. Ortada Abxaziyanın gerbi, yuxarıda ölkənin adı (Abxaziya), aşağıda isə "pasport" yazılıb. Onların hamısı həm abxaz, həm də rus dillərində yazılıb. == Tarixi == Abxaziya pasportlarından əvvəl ölkədə sovet pasportlarından istifadə olunurdu. Bu pasportlar ilk olaraq Acarıstan Muxtar Respublikasına göndərilib və Gürcüstanın bütün ərazisi kimi Acarıstanda da gürcü pasportlarından istifadə ediləcəyi üçün onları Abxaziyaya Acarıstan lideri Aslan Abaşidze verib. 2008-ci ildə bütün sovet pasportlarının müddəti başa çatdığından yeni pasporta ehtiyac yaranıb. Abxaziya pasportları ilk dəfə 1990-cı illərin sonlarında müzakirə olunmağa başladı. 2003-cü ildə bir türk şirkətinə sifariş verildi, lakin 25 min pasport daşıyan ilk gəmi Gürcüstan hakimiyyəti tərəfindən dayandırıldı və pasportlar məhv edildi.
Ermənistan pasportu
Ermənistan pasportu — Ermənistan vətəndaşlarına Ermənistandan kənara səyahət etmək üçün verilən sənəd. Ölkə daxilində şəxsiyyət vəsiqəsi kimi də istifadə olunur. == Fiziki görünüş == Adi Ermənistan pasportu tünd göy rəngdədir, üz qabığının ortasında isə Ermənistanın gerbi qızılı rəngdədir. Üz qabığında (erm. Հայաստանի Հանրապետություն) "Ermənistan Respublikası" və (erm. Անձնագիր) erməni və ingilis dillərində "Pasport" yazılıb. Pasport verildiyi tarixdən etibarən 10 il müddətində etibarlıdır, onun etibarlılığını əlavə 5 il artırmaq imkanı var. Pasportun 5 il müddətinə uzadılması imkanı 2017-ci ilin avqustunda aradan qaldırılıb. Həm erməni, həm də ingilis dillərində xüsusi qeydlər və vizalar və sahibi haqqında məlumat üçün 32 səhifədən ibarətdir. 2012-ci il iyunun 1-dən Ermənistan vətəndaşlarının adi pasportlarını əvəz etmək üçün iki yeni şəxsiyyət sənədi tətbiq edilib.
Kosovo pasportu
Kosovo pasportu — qismən tanınan Kosovo vətəndaşlarının xaricə getmək üçün istifadə etdiyi səyahət sənədi. Bu sənəd Kosovo vətəndaşlığının sübutu kimi xidmət etməklə yanaşı, beynəlxalq səyahətləri asanlaşdırır. Xarici İşlər Nazirliyindən verilən diplomatik pasportlar istisna olmaqla, pasportların verilməsi yalnız Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Kosovo pasportları ICAO tərəfindən tövsiyə edilən standarta (ölçüsü, texnologiyası, təhlükəsizliyi, tənzimləmə və s. kimi) pasport dizaynına uyğundur. Kosovo vətəndaşlarının Serbiya pasportu üçün müraciət etmək hüququ var. Kosovalılara Serb pasportları 2009-cu ilin iyulunda yaradılmış Serbiya koordinasiya direktorluğu tərəfindən verilir. Bu qurum tərəfindən verilmiş Serbiya Pasportunun sahibinə Şengen zonasına vizasız daxil olmağa icazə verilir. Pasportların dörd növü var: normal, rəsmi, diplomatik və səyahət sənədi. 25 € ərizə haqqı tələb olunur.
Moldova pasportu
Moldova pasportu — Moldova vətəndaşlarına beynəlxalq səyahət üçün verilən sənəd. Pasport Dövlət Təşkilat və İnformasiya Resursları mərkəzi "Registru" tərəfindən, xaricdə isə Moldovanın xarici nümayəndəlikləri tərəfindən verilir. Pasportun etibarlılıq müddəti 7 ildir. 7 yaşa qədər uşaqlar üçün pasportun etibarlılıq müddəti 4 ildir. 2006-cı il yanvarın 1-dən Moldova vətəndaşları eyni vaxtda iki pasport almaq imkanı üçün yerli pasport idarəsinə yazılı müraciət etməlidirlər. Moldovanın ilk biometrik pasportu 2008-ci il yanvarın 1-də verilib. Yeni məcburi Moldova biometrik pasportu 1 yanvar 2011-ci ildə buraxılıb və qiyməti 700 MDL (45 avro) təşkil edir. Pasportun çipində sahibinin qan qrupu, rəqəmsal barmaq izi və rəqəmsal şəkli var. Rəqəmsal barmaq izi 12 yaşdan kiçik uşaqlar üçün məcburi deyil. Köhnə qeyri-biometrik pasportlar istifadə müddəti bitənə qədər etibarlı olacaq, səyahət üçün isə yalnız yeni biometrik pasportlar etibarlı olacaq.
Rumıniya pasportu
Rumıniya pasportu — Rumıniya vətəndaşlarına beynəlxalq səyahət üçün verilən sənəd. Rumıniyadan kənarda pasport sahibinə diplomatik nümayəndəlik, yardım tələbi və Rumıniya konsulluqları tərəfindən təmin edilən müdafiə hüququ verir. Pasport Rumıniya dövlətinə məxsusdur. Rumıniya 1 yanvar 2007-ci ildə Avropa Birliyinə qoşuldu və 31 dekabr 2008-ci ildə öz biometrik pasportunu verməyə başladı. Pasportun məlumat vərəqi rumın, ingilis və fransız dillərində çap olunur. Rumıniya şəxsiyyət vəsiqəsi olan Carte de Identitate artıq Avropa İttifaqı daxilində səyahət etmək üçün istifadə edilə bilər. Rumıniya hökuməti Rumıniya əsilli Moldova vətəndaşlarına Rumıniya pasportları verir ki, bu da onlara Avropa İttifaqı və region ölkələrində vizasız səyahət etməyə imkan verir. Bu gün 120 minə yaxın Moldova vətəndaşı Rumıniya vətəndaşlığı üçün müraciət edib və Rumıniya pasportu alıb. Henley Visa Restrictions Index 2016 hesabatına əsasən, Rumıniya vətəndaşları sərhəd qapısında vizalı və ya vizasız 153 ölkəyə gedə bilərlər. Bununla da Rumıniya vətəndaşları dünyada səyahət azadlığına görə 19-cu yerdədir.
Türkiyə pasportu
Türkiyə pasportu — Türkiyə vətəndaşlarının beynəlxalq səyahətlərində istifadə etdikləri sənəddir və ilk dəfə 15 iyul 1950-ci il tarixli 5682 saylı pasport qanunu ilə istifadə müntəzəm olaraq həyata keçirilmişdir. Pasportlar əhali müdirliyi tərəfindən verilir. 2010-cu il iyunun 1-dən verilən pasportlar biometrik pasport xüsusiyyətinə malikdir və on ilədək etibarlıdır. Türkiyənin yetkinlik yaşına çatmış nüfusunun %14'ü pasport sahibidir. 2022-ci ilin mayında Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu 2022-ci ilin avqustunda istifadə olunacaq pasportlardakı çiplərin yerli istehsal ediləcəyini, Turkey yerinə Türkiyə yazılacağını, yaşıl pasportun etibarlılıq müddətinin 5-dən 10 ilə artacağını bildirmişdi. Xidməti, xüsusi və ya diplomatik pasport müraciəti üçün 5682 saylı pasport qanununda göstərilən şərtlərə cavab verməyən şəxslər adi pasport üçün müraciət edə bilərlər. Bu pasportu il və rayon əhali müdirliyindən əldə etmək olar. 25 yaşdan aşağı təhsil alan tələbələr, təhsil üçün xaricə gedəcəklər, uçuş heyətinin heyəti, mədəni, kommersiya və ya sosial məqsədlə təhsil almaq istəyənlər və ya magistratura və ya doktorantura təhsili almaq və xaricə getmək istəyənlər Milli Təhsil Nazirliyinin icazəsi, idman, səyahət, mədəniyyət, ticarət və sosial fayda üçün rektorluq, dekanlıq, peşə liseyi müdirliyinin icazəsi ilə sosial müavinətlə xaricə gedənlər təhsil haqqı ödəmədən ümumvətəndaş pasportu ala bilərlər. Xüsusi pasportlar; Türkiyə Böyük Millət Məclisinin keçmiş üzvləri, keçmiş nazirlər və birinci, ikinci və üçüncü dərəcəli kadrlar və ya bu kadrlar qarşılığında göstəriləcək və ya T. C. Pensiya Fonduna aidiyyəti olan və müqavilə əsasında işə götürülən dövlət qulluqçularına və digər dövlət vəzifəli şəxslərinə pensiya ayırmaları bu dərəcələrdən çıxılmaqla; xarici ölkələrə diplomatik pasportun verilməsini tələb edənlərdən başqa hər hansı rəsmi vəzifə üçün getdikdə və ya öz hesabına verilir. Bank tənzimləmə və nəzarət şurasının və əmanət əmanətlərinin sığortalanması fondu şurasının üzvləri üçün T. R. pensiya fonduna bağlı olmaq və bu dərəcələrdən pensiyaların kəsilməsi tələb olunmur.
Özbəkistan vətəndaşı pasportu
Özbəkistan vətəndaşı pasportu (özb. O‘zbekiston Respublikasi fuqarosi pasporti) — ölkədən çıxarkən və qaldıqda, habelə xaricdən dövlət ərazisinə daxil olarkən bir vətəndaşın şəxsiyyətini təsdiqləyən rəsmi sənəddir. Biometrik pasport Prezident İslam Kərimovun Fərmanına uyğun olaraq 5 yanvar 2011-ci ildə təqdim edilmişdir. Özbəkistan Daxili İşlər Nazirliyi tərəfindən verilir. Əvvəllər verilmiş pasportlar 31 dekabr 2015-ci il tarixinədək qüvvədə idi, daha sonra bu müddət 2018-ci ilin fevral ayına qədər uzadıldı, daha sonra isə 31 dekabr 2019-cu il tarixinədək. Biometrik məlumatları olan pasport, azyaşlı uşaqlar da daxil olmaqla, ölkənin bütün vətəndaşlarına verilir (yetkinlik yaşına çatmayanların xaricə getməsi lazım olduqda). 2011-ci il ərzində ilk biometrik pasportlar əsasən xaricə və ya artıq Özbəkistan xaricinə gedən dövlət qulluqçularına və şəxslərə verildi. 2012-ci ildən bəri Özbəkistanın bütün digər vətəndaşları biometrik pasport əldə etmək imkanına sahibdirlər. Biyometrik pasport almaq üçün barmaq izləri götürülür, fotoşəkil çəkdirilir və yaşayış yerindən arayış, yaşayış yerindən bir xarakterik sənəd tələb olunur. 1 yanvar 2019-cu ildən Özbəkistan xaricə səyahət etmək üçün xarici pasport verməyə başladı, eyni tarixdən etibarən xaricə səyahət üçün icazə qeydlərinin 2 illik etiketləri ləğv edildi.
Cənubi Osetiya pasportu
Cənubi Osetiya pasportu — Cənubi Osetiya Respublikası vətəndaşlarına xaricə səyahət etmək və ölkə daxilində şəxsiyyət məlumatlarını təqdim etmək üçün verilən pasport. İlk dəfə 15 avqust 2006-cı ildə buraxılmışdır. Cənubi Osetiya vətəndaşları bu pasportla yalnız məhdud sayda ölkələrə (yalnız Rusiya, Venesuela, Nikaraqua və Nauru tərəfindən tanınır) səyahət edə bildiklərindən, əksər vətəndaşlar xaricə səyahət üçün daha faydalı olan Rusiya pasportunu da daşıyırlar.
Türk pasportu (film)
Türk pasportu (türk. Türk pasaportu) — rejissor Burak Arlıel tərəfindən çəkilmiş 2011-ci il Türkiyə sənədli filmi. Film, II Dünya Müharibəsi illərində Türkiyənin bir çox Avropa ölkələrindəki səfirlik və konsulluqlarına göndərilən və bir çox yəhudinin həyatını xilas edən türk diplomatlarından bəhs edir. Film ilk dəfə 2011-ci ilin mayında Kann FilFesm tivalında nümayiş etdirilib və festivalda "Türklərin Şindleri" adlandırılıb. Film xoşbəxt sonluqla bitən yeganə Holokost filmi kimi təbliğ edilib. Türk Pasportu, İkinci Dünya Müharibəsi zamanı bir çox yəhudini xilas edən Türkiyənin bir çox Avropa ölkəsindəki səfirlik və konsulluqlarına təyin olunmuş diplomatların hekayəsindən bəhs edir. Diplomatlar Türkiyə vətəndaşlığını qəbul edən yəhudiləri ya nasist toplama düşərgələrindən çıxararaq, ya da düşərgələrə aparan qatarlardan endirərək Türkiyəyə qayıdaraq xilas etmələrini təmin ediblər. Təhlükəsizliyi üçün İstanbula gələn şahidlərin ifadələrinə əsaslanaraq, Türk pasportu da yazılı tarixi sənədlərdən və arxiv görüntülərindən istifadə edərək bu xilasetmə hekayəsini izah edir və dövrün hadisələrini işıqlandırır. Diplomatlar türk yəhudilərinin həyatını xilas etməklə yanaşı, edama məhkum edilən əcnəbi yəhudiləri də onlara Türkiyə pasportu verməklə xilas ediblər. Tarixin bu qaranlıq dönəmində onların hərəkətləri ümid şamlarını yandırdı və bu insanların işıq tapdıqları Türkiyəyə səfər etmələrinə şərait yaratdı.
Federal torpaq
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Odlu Torpaq
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Qum (torpaq)
Qum — xırda qırıntılı kövrək çökmə süxur. Fiziki aşınma nəticəsində əmələ gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral (əsasən, kvars, çöl şpatı və s.) və süxur qırıntılarından ibarətdir. Qum əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Qitələrin iç tərəflərində və tropik olmayan sahillərdə qum kvars şəklində silis (silikon dioksit və ya SiO2) olur. Ən yayılmış ikinci qum növü isə kalsium karbonatdır. Qumda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s. ola bilər. Bütün qumlar I dərəcə radioaktivliyə malidirlər (təbii radionuklidlər 370 Bk/kq, radiasiya təhlükəsi yoxdur və tikintidə məhdudiyyətsiz istifadə edilə bilərlər.
Torpaq (1988)
Filmin mövzusu humanist prinsiplər üzrə yaşayan hər bir kəsi düşündürür. Kinolentdə söhbət yaxın vaxtlara qədər Ermənistanda yaşamış, indi isə öz doğma ev-eşiyindən qovulmuş iki yüz min azərbaycanlının acı taleyindən gedir. Bu adamlar öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. Filmdə Alim Qasımovun ifasında M.Ə. Sabirin "Bizdə bu soyuq qanları neylərdin, İlahi" şeri zəminxarə muğamı üstündə səslənir. Rejissor-Debütant: Vaqif Azəryar Ssenari müəllifi: Toğrul Cuvarlı, Qismət Babayev Operator: Amin Novruzov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Yeni Torpaq
Yeni Torpaq — Şimal Buzlu okeanda yerləşən arxipelaq. Kara dənizi və Barens dənizləri arasında qərar tutur. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti «Novaya Zemlya» rayonuna daxildir. Arxipelaq iki iri adadadan və bir sıra xırda adalardan ibarətdir. Şimal adası və Cənub adası ən iriləri olub aralarında ən ensiz yeri 2 km olan Matoçkin Şar boğazı yerləşir. Kiçik adalar arasında ən irisi Mejduşarski adasıdır. Şimal adasının şərq qutaracağında Avropanın adada yerləşən ən ucqar nöqtəsi olan Flissinqski burnu yerləşir. Arxipelaq cənub-qərbdən şimal-şərq qutaracağına qədər 925 km məsafədə uzanır. Arxipelaqın ucqar şimalı Böyük Oranski adalarıdır. Cənub qutaracağı Petuxov arxipelaqı, şərq qutracağı Qusinaya Zemlya yarımadasında yerləşən adsız burun, şərq qutaracağı isə Şimal adasında yerləşən Flissinqski burnunda yerləşir.
Torpaq sürüşmələri
Torpaq sürüşməsi — ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması Sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır. Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.
Torpaq icarəsi
Torpaq icarəsi — icarə haqqı növü, məhdud miqdarda torpaqdan və digər təbii sərvətlərdən istifadəyə görə ödənilən qiymət. Torpaq icarəsi torpaq sahibinin torpaq sahələrini icarəyə götürənlərdən əldə etdiyi gəlirdir. Torpaq rentası mütləq renta, diferensial renta və inhisar rentası formasında meydana çıxır. Mütləq torpaq icarəsi — torpaq mülkiyyətindən əldə edilən gəlir növlərindən biridir, torpağa kapital tətbiq etmək icazəsi üçün mülkiyyətçiyə ödəniş; münbitliyindən asılı olmayaraq, tamamilə bütün torpaq sahələrində icarəçi tərəfindən ödənilir. Diferensial icarəsi — daha çox torpaq məhsuldarlığından və daha yüksək əmək məhsuldarlığından istifadə etməklə əldə edilən əlavə gəlirdir. Diferensial renta iki formada mövcuddur: diferensial renta I və diferensial renta II. Diferensial renta I mənbələri nisbətən daha yaxşı və orta münbit torpaqlarda daha məhsuldar əmək, eləcə də satış bazarları, nəqliyyat marşrutları və s. ilə əlaqədar torpaq sahələrinin yerləşdiyi yerdəki fərqlərdir. Diferensial renta II əlavə kapital qoyuluşları ilə bağlıdır. əlavə qazanc təmin edən eyni süjet. Diferensial renta məhdud torpaq nəticəsində yaranmışdır: kənd təsərrüfatı məhsulunun istehsalının qiyməti orta və ən yaxşı sahələr üzrə deyil, ən pis sahələr üzrə istehsal şərtləri ilə müəyyən edilir, çünki yalnız ən yaxşı və orta sahələrin məhsulu müəyyən edilir.